Cavid Hüseynov 446 gün sonra meydana çıxdı - VİDEO

Cavid Hüseynov 446 gün sonra meydana çıxdı - VİDEO
17:59 25 Oktyabr 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

 

 

“Qəbələ”nin futbolçusu Cavid Hüseynov 446 gündən sonra yenidən meydana çıxıb. Lent.az-ın məlumatına görə, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Topaz Premyer Liqasının IX turunun bu gün keçirilən “Sumqayıt”la səfər oyununda uzun fasilədən sonra meydana qayıdıb.

 

Futbolçu oyunun 82-ci dəqiqəsində stadiona daxil olub. “Sumqayıt”- “Qəbələ” matçı 2-2 bitib.

 

Qeyd edək ki, Cavid sonuncu dəfə 2015-ci il avqustun 6-da “Qəbələ” forması geyinib.

 

Həmin gün yarımmüdafiəçi komandasının Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon”la cavab görüşündə iştirak edib. Vurduğu qolla 1:0 hesablı qələbədə pay sahibi olan Hüseynov 14 aylıq fasilədən sonra yenidən heyətdə yer alıb.

 

Qeyd edək ki, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu oktyabrın 12-də azadlığa buraxılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR