Azərbaycan Prezidenti Avstriya Respublikası Milli Şurasının sədrini təbrik edib

Azərbaycan Prezidenti Avstriya Respublikası Milli Şurasının sədrini təbrik edib
18:32 25 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikası Milli Şurasının sədri xanım Doris Buresə təbrik məktubu göndərib. 
"Report"un məlumatına görə, təbrikdə deyilir: 
"Hörmətli xanım sədr,
Avstriya Respublikasının milli bayramı münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycan-prezidenti-avstriya-respublikasi-milli-surasinin-sedrini-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR