Azərbaycanlı aktyor ata oldu

Azərbaycanlı aktyor ata oldu
18:37 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Musiqili teatrın aparıcı gənc aktyoru Elməddin Dadaşzadə 2-ci dəfə ata olub. O, bu haqda Milli.Az-a danışarkən bildirib:

"Bu gün səhər saatlarında ikinci dəfə oğul atası oldum. Uşağın çəkisi 3 kilo 800 qr, boyu 58 s.metrdir. İlk oğlumun adını Həmzə qoymuşdum, bu övladımın adını isə Həmid qoymağı planlaşdırıram. Çox şükürlər olsun Allahıma ki, mənə bu günləri yaşatdı. Dünyanın ən sevincli valideyniyəm. Allah məni peşman etmədən ikinci dəfə atalıq adını taleyimə yazdı. Xeyrini görüm balaca igidimin".

O, hazırda teatrda da işlərin getdiyini söylədi:

"Musiqili teatrın rus bölməsində Macar bəstəkarı İ.Kalmanın "Silva" tamaşasının məşqləri ilə məşğulam. Sözügedən operettada Roberto obrazı ilə teatr sevərlərin görüşünə gələcəm. Hazırda isə "Sabirabad mişarı" filmi üzərində iş gedir. Kinoda sayca ikinci fərqli obrazımı oynayacağam".

Əli Rəhimoğlu
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR