“Qəbələ” xal itirdi, Cavid 14 aydan sonra meydana qayıtdı - FOTO

“Qəbələ” xal itirdi, Cavid 14 aydan sonra meydana qayıtdı - FOTO
18:43 25 Oktyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan çempionatının 9-cu turu çərçivəsində 1 oyun keçirilib.

Publika.az xəbər verir ki, lider “Qəbələ” “Sumqayıt”ın qonağı olub. Roman Qriqorçukun komandası üçün Avroliqada “Sent-Etyen”lə səfər matçından sonra “Sumqayıt”la görüşün ağır keçəcəyi gözlənilirdi. Gözləntilər özünü doğruldub. “Qırmızı-qaralar” matçın sonlarına yaxın hesabda irəli keçsələr də, “Kimyaçılar” son saniyələrdə vurulan qolla heç-heçəyə nail olub. Yeri gəlmişkən, “Qəbələ”nin uzun müddət həbsdə olandan sonra azadlığa çıxan futbolçusu Cavid Hüseynov da bu görüşdə forma geyinib.

“Sumqayıt”la oyundan sonra "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk rəqibin heyətində hər iki qolu "Qəbələ”nin yetirmələrinin vurmasına belə münasibət bildirib: "Futbolçu üçün qol vurmaq hər zaman xoşdur. Buna görə də oyunçuları təbrik edirəm. Öz oyunçularımın çıxışını dəyərləndirmək istəmirəm. Oyun baxımından deyə bilərəm ki, komandamdan razıyam”.

"Qəbələ”nin çalışdırıcısı Cavid Hüseynovla bağlı sualı belə cavablandırıb: "Çox şadam ki, Cavid bizimlə birgədir. Onun bu gün meydana çıxmasına görə sevinirəm. Əvvəlki səviyyəsinə qayıtması üçün əlimizdən gələni edirik. Bu gün 90 dəqiqə oynamaq üçün hazır deyildi”.

Xatırladaq ki, Cavid 14 aydan sonra bugünkü matçda yaşıl meydana dönüb.

Premyer Liqa, 9-cu tur

Sumqayıt - Qəbələ 2:2

Yusif Nəbiyev, 46. Amil Yunanov, 94 - Rəşad Eyubov, 64. Filip Ozobiç, 73.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/173506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR