Kredit reytinqi təşkilatlarını kim və nə üçün yaradıb?

Kredit reytinqi təşkilatlarını kim və nə üçün yaradıb?
18:48 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

2008-ci ildə beynəlxalq maliyyə böhranının başladığı dövrdən bu tərəfə adlarını tez-tez eşitməyə başladığımız kredit dərəcələndirmə təşkilatlarının dünyanın maliyyə sektoruna təsir imkanları danılmazdır. Onlar bir gündə milyardlarla sərmayənin ölkədən çıxarılmasına və ya ölkəyə gətirilməsinə nail ola bilərlər. Çünki qazandıqları etibar sayəsində investorlar, bazarlar bu təşkilatların bir sözünə bənddirlər. Bəs heç öz-özlüyünüzdə düşünmüsünüzmü bu kredit təşkilatları insanların həyatına necə daxil olublar?

Sualın cavabı onların adlarından sadədir.

Publika.az bildirir ki, kredit dərəcələndirmə anlayışı iqtisadiyyata ilk dəfə Nyu-Yorkdan olan Leus Tappan adlı adi tacir tərəfindən gətirilib. Leus Tappan 1837-ci ildə baş verən iqtisadi böhran zamanı müştərilərinin vəziyyətini öyrənmək istəyib və belə bir ideyanı irəli sürüb. Böhran nəticəsində özü də zərərə uğrayan Tappan əksəriyyəti vəkildən ibarət olan 180 nəfərlik qurum yaradıb. İşçilərin vəzifəsi Qərb və Şərqdəki borcluların kredit ödəmək qabiliyyətini araşdırıb, xəbər vermək olub. Daha sonra Con Bradstrit adlı vəkil belə bir təşəbbüslə çıxış edib. Əsasən borclu tacirlərin işlərini aparan vəkil eyni zamanda müvəkkillərindən aldığı məlumatları Nyu-Yorkun sələmçilərinə satıb. Beləliklə, o, 1849-cu ildə işini qanuniləşdirərək “Bradstreet Company” kredit dərəcələndirmə təşkilatını yaradıb. Bir neçə ildən sonra iki şirkət “Dun and Bradstreet” adı altında birləşərək 1909-cu “Moodys İnvestors Service” adını alıb.

Növbəti mərhələdə bazara “Poors Publishing Company”(1916), “Standart Statistics Company” (1922), “Fitch Publishing Company” (1924) daxil olub. 1941-ci ildə “Standart Statistics Company” ilə “Poors Publishing Company” birləşərək “Standarts and Poors” adını götürüb. Hazırda dünyada 64 kredit dərəcələndirmə təşkilatı var. Onlardan üçü ən böyük kredit dərəcələndirmə təşkilatı sayılır. Belə ki, tortun böyük dilimi “Moodys”, “Standarts and Poors” və “Fitch”in payına düşüb. Bu təşkilatlar dünya miqyasında ən etibarlı qurumlar hesab edilirlər.

AAA, AA+ necə yarandı?

O ki qaldı tez-tez rastlaşdığımız dərəcələrə, məşhur maliyyəçi Con Moody tərəfindən 1909-cu ildə yazılan “Dəmiryolları Sərmayələrinin Analizləri” adlı əsərdə istifadə edilən simvollar sonradan kredit dərəcələndirilməsində istifadə edilən beynəlxalq simvollara çevrildilər. Bu gün AAA ən yüksək dərəcəli, Aa1, Aa2, Aa3, P-1, AA+, AA, AA-, A-1+, F+1 yüksək dərəcəli, Ca, CC, C xilası gözlənilən, iflasa yaxın, D, DD iflas simvollarıdır.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/173507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR