9 avtobusun marşrut xətti dəyişdirildi - Təcili

9 avtobusun marşrut xətti dəyişdirildi - Təcili
18:49 25 Oktyabr 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

 

Məlum olduğu kimi, ötən həftə Bakı şəhərinə yağan intensiv yağışlar nəticəsində Binəqədi rayonu Binəqədi şosesinin bir hissəsi yağış sularının altında qalıb.

 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, mövcud vəziyyətin artıq bir neçə gündür davam etməsi yolda avtonəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkəti üçün ciddi təhlükə yaradıb. Hazırda yolda hərəkət tamamilə dayandırılıb. Bu səbəbdən də həmin şosedən keçən 9 marşrut xətti üzrə  (100, 108, 123, 133, 134, 147, 155, 165, 179) avtobusların hərəkətində də dəyişiklik edilib. Məqsəd, sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

 

Hazırda Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərlə birgə sərnişin avtobuslarının alternativ yollarla hərəkətinin təmin edilməsi istiqamətində iş aparır.     

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257626

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR