Azərbaycanda "Doing Business"də müəssisələrin açılması kateqoriyası üzrə ilk beşlikdədir

Azərbaycanda "Doing Business"də müəssisələrin açılması kateqoriyası üzrə ilk beşlikdədir
19:27 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan 2015-2016-cı illərdə hesabatda qiymətləndirilən 10-dan artıq istiqamət üzrə üç və daha çox sahədə tənzimləmə ilə bağlı islahatları həyata keçirən 35 ölkə arasındadır.
"Report" xəbər verir ki, bunu "Doing Business 2017" hesabatı ilə bağlı Dünya Bankı Qrupunun yaydığı məlumatda qeyd edilir.
Məlumata görə, Azərbaycanda sahibkarların elektrik enerjisi şəbəkəsinə qoşulması proseduru da sadələşib: "Əgər 2015-ci ildə bu 77 günə başa gəlirdisə, indi 69 günə başa gəlir".
Hesabatda deyilir ki, Azərbaycanda müəssisələrin açılması üzrə aparılan islahatlar daha effektiv olub: "Bu kateqoriya üzrə 190 ölkə arasında Azərbaycan 5-cidir. Ən pis isə inşaata icazə üzrədir. Çünki ən azı 18 qurumdan icazə almaq lazımdır. Buna görə də Azərbaycan 190 ölkə arasında 127-ci yerdədir. Rəsmi Bakı daşınmaz əmlakın qeydiyyatı üzrə isə 22-ci yerdədir. Azərbaycan kreditləşmə üzrə 190 ölkə arasında 118-ci yerdədir".

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-doing-business-de-muessiselerin-acilmasi-kateqoriyasi-uzre-ilk-beslikdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR