“Qalib gəlsəydik, daha yaxşı olardı” - Samir Abbasov

“Qalib gəlsəydik, daha yaxşı olardı” -   Samir Abbasov
19:57 25 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” ilə az müddət öncə oynamışdıq. Bu oyuna başqa cür hazırlaşmışdıq. Uduzmaq niyyətində deyildik”. Bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov Topaz Premyer Liqasının IX turunda “Qəbələ” ilə 2:2 hesabı ilə bərabər qaldıqları oyundan sonra deyib.

 

Gənc mütəxəssis bildirib ki, “Qəbələ”ni məğlub etməyi hədəfləyiblərmiş: “Bu gün uşaqlar sona qədər vuruşdular. Deyə bilmərəm ki, xal qazandıq və ya itirdik. Əsas o idi ki, bu gün yaxşı oynadıq. Məqsəd “Qəbələ”ni burdan əliboş yola salmaq idi. Qalib gəlsəydik, daha yaxşı olardı, amma məğlub olmamaq da pis nəticə deyil”. (apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qalib-glsydik-daha-yax-olard-t53627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR