Qarabağ üçün “vahid paket”, hamı ölənə kimi vuruşmaq... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qarabağ üçün “vahid paket”, hamı ölənə kimi vuruşmaq... – GÜNÜN SİYASİ XÜLASƏSİ
19:58 25 Oktyabr 2016
1661 Ölkə
Ölkə mətbuatı
A- A+

Regiona səfəri başa çatdıran ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevanda mətbuat konfransı keçiriblər. Konstitusiyanın orijinal nüsxəsinin itməsi Qırğızıstanda hakimiyyət böhranına səbəb olub. Oktyabrın 17-də başlanan Mosul əməliyyatına qatılan tərəflər arasında münasibətlər hər keçən gün gərginləşir və açıq qarşıdurma təhlükəsi artır.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi üzrə bütün məsələlər vahid paketdə müzakirə edilməlidir.

O, qeyd edib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılmasından söhbət gedirsə, buna paralel olaraq Qarabağın statusu da müzakirə olunmalıdır: “Tərəflər onlar üçün münasib olan elementləri götürə və müzakirə edə bilərlər. Bütün məsələlər müzakirəyə açıq olmalıdır”.

Uorlik qeyd edib ki, danışıqlar masasında bir neçə ideya var. “Biz bu ideyalar ətrafında danışıqlar apara bilərik. Biz prezidentlərin danışıqlar yolu ilə irəliləyişə nail olmaq üçün siyasi iradə göstərmələrini istəyirik”, - deyə o bildirib.

Onun sözlərinə görə, aprel döyüşləri sülh danışıqlarının böyük əhəmiyyətə malik olduğunu göstərir. Amerikalı həmsədr təmas xəttində müşahidə olunan stabilliyin prezidentlərin razılığının nəticəsi olduğunu bildirib. Uorlik münaqişənin həlli istiqamətində səylərini artırdıqlarını vurğulayıb: “İnanırıq ki, gün gələcək, azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar. Azərbaycanda və Ermənistanda insanların sülh və sabitlik şəraitində yaşaması mənim arzumdur”.

Konstitusiya itdi, hökumət dağıldı - Atambayevin kabinetində nə baş verir?

Ötən həftə Qırğızıstan parlamentində referendum aktı ilə bağlı məsələ müzakirə olunarkən, bütün ölkə gözlənilməz hadisə ilə qarşılaşıb. Məlum olub ki, Qırğızıstan Konstitusiyasının orijinalı itib.

Referendum müzakirələri zamanı “Ata-Meken” Sosialist Partiyasının fraksiyasının üzvləri dövlət orqanlarının nümayəndələrinə orijinal konstitusiyanı nümayiş etdirməklə bağı müraciət ediblər. Hər şey bu müraciətdən sonra ortaya çıxıb. Məlum olub ki, konstitusiyanın orijinalı yoxdur. Ədliyyə Nazirliyində və Prezident Aparatında saxlanılan konstitusiya isə yalnız nüsxədir. Konstitusiyanın orijinalının itməsi isə ölkədə hakimiyyət böhranına səbəb olub.

Konstitusiya itdi, hökumət dağıldı - Atambayevin kabinetində nə baş verir?

Ötən həftə Qırğızıstan parlamentində referendum aktı ilə bağlı məsələ müzakirə olunarkən, bütün ölkə gözlənilməz hadisə ilə qarşılaşıb.

Bu gün həmçinin Türkiyə və Pakistanda baş verən partlayışlarla yadda qaldı.

Səhər saatlarında Antalya Ticarət və Sənaye Palatasının binasının qarşısındakı avtodayanacaqda partlayış baş verib. Hadisə nəticəsində 10 nəfər yaralanıb, bir avtomobil tamamilə yararsız vəziyyətə düşüb, daha 4 avtomobil və ətrafdakı binalar zərər görüb. Antalya Böyükşəhər bələdiyyə başçısı Menderes Türel Antalya Ticarət və Sənaye Odasının avtoparkında baş verən partlayışla əlaqədar verdiyi açıqlamasında bildirib ki, terror versiyasını irəli sürmək hələ tezdir: “Şəhərdən uzaq bir nöqtədir. Partlayış avtoparkda kimsənin olmadığı bir yerdə baş verib. Qəza da ola bilər”.

Pakistanın cənub-qərbində, Bəlucistan əyalətində isə terror hücumunun nəticələri çox ağır olub. Üç silahlı 200 nəfərin olduğu polis təlim mərkəzinə hücum edib. Təxminən 5 saat davam edən terror hücumunda 59 nəfər ölüb, 117 nəfər yaralanıb. Ölən və yaralananların çoxu polis kursantlarıdır. Hücuma görə hələ heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Pakistan ordusunun general Şer Afgun mətbuata açıqlamasında bildirib ki, hücumun “Laşkar-i Cangvi” təşkilatı tərəfindən təşkil edilməsi ehtimalı yüksəkdir. Təşkilat daha əvvəl Pəncap və Bəlucistanda terror hücumları təşkil edib. Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, terrorçular hücumu “Kalaşnikov” avtomat silahları ilə həyata keçirib. Bundan başqa, iki terrorçu üzərindəki partlayıcını partladıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, ən azı üç partlayış səsini eşidiblər.

İraqın şimalındakı neft sahələri, o cümlədən Mosul və Kərkük uğrunda beynəlxalq mübarizə genişlənir.

Türkiyə KİV-inin yazdığına görə, İŞİD-in Kərkükə hücumundan (oktyabrın 21-də) əvvəl şəhərdə gizli görüş keçirilib. Hadisədən bir neçə gün öncə Kərkükə gələn PYD (PKK terror təşkilatının Suriya qolu –red.) lideri Salih Müslüm Kərkükə gələrək Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzaniyə qarşı Goran hərəkatı, Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) və şiə silahlı qruplaşmalara ittifaq qurmaq təklifi edib. Görüşdə şəhərin idarəçiliyi və neft quyularının bölünməsi məsələsi də müzakirə edilib.

Salih Müslimin səfərindən sonra İŞİD üzvlərinin şəhərə hücumu diqqət çəkib. Hücumda iştirak edən terrorçuların əksəriyyəti də kürd əsilli olub. Kərkük hücumunda diqqət çəkən digər bir məqam isə anidən ortaya çıxan şiə qruplaşmalar və PKK qüvvələrinin xilasedici rolunu oynamasıdır. PKK və şiələrin İŞİD kimi şəhərdə xeyli tərəfdara sahib olduqları, hücuma keçmək üçün əmr gözlədikləri deyilir.

İŞİD-in Kərkükə hücumu bir neçə gün öncədən İraq kəşfiyyatına da məlum olub. Oktyabrın 6-da kəşfiyyat Kərkükdəki təhlükəsizlik qüvvələrinə xəbərdarlıq məktubu göndərib. Məktubda İŞİD-in Mosulda müqavimət göstərməyəcəyi, Kərkükə hücum edəcəyi barədə informasiya yer alıb. Oktyabrın 12-də İraq kəşfiyyatı Kərkükə növbəti dəfə xəbərdarlıq məktubu göndərib, terrorçuların hücuma hazırlaşdığını bildirib. Ancaq bu dəfə də kəşfiyyatın xəbərdarlığına məhəl qoyan olmayıb.

İngiltərənin “The Economist” nəşri isə yazıb ki, Mosul əməliyyatı zamanı İŞİD-in Suriyaya keçməsinə icazə verilməlidir.Nəşr qeyd edir ki, əməliyyata qatılan qruplar İŞİD-lə ölənə qədər döyüşmək məcburiyyətində qala bilər.

Böyük müharibəyə aparan yeni dövlət təklifi

Mosul əməliyyatı zamanı İŞİD-in Suriyaya keçməsinə icazə verilməlidir.

ABŞ və İraqın hər cür vasitələrlə mane olmasına baxmayaraq, Mosul əməliyyatına qoşulan Türkiyə quru qoşunlarını İraqa yeridə bilər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə quru qoşunlarının İraqa müdaxilə edə biləcəyini deyib: “Əgər Türkiyəyə qarşı bir təhdid yaranarsa, quru əməliyyatı da daxil olmaqla bütün imkanlarımızdan istifadə edərik”.

Çavuşoğlu PKK terror təşkilatının Suriya qolu olan PYD-nin Münbicdən çıxmamasına da münasibət bildirib: “Biz amerikalılara da söylədik. Əgər çıxmasalar, öz imkanlarımızla çıxaracağıq”.

“Reuters” agentliyinin verdiyi məlumata görə, Şimali İraq regional kürd rəhbərliyi ərəb ailələrini kütləvi şəkildə Kərkükdən çıxarmağa başlayıb. Kürd rəhbərliyi həmin şəxslərin sırasında məxfi İŞİD döyüşçülərinin olacağından qorxur. Qeyd edək ki, 2014-cü ildə 330 min ərəb İŞİD təhdidindən qaçaraq Kərkükə sığınıb.

Qərb və Rusiya arasında gərginlik hər keçən gün artır. Son olaraq beş Avropa ölkəsi - Ukrayna, Çernaqoriya, Albaniya, Lixtenşteyn və Norveç Rusiyaya qarşı sanksiyaların müddətini daha altı ay uzadıblar.Bu haqda Avropa İttifaqı Şurasının internet-portalında dərc edilən bəyanatda deyilir.

Sentyabrın 15-də Avropa İttifaqı Şurası Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaların müddətini 2017-ci ilin martına qədər uzadıb. “Qara siyahı”da 146 vətəndaş və 37 hüquqi şəxs yer alıb. Bəyanatda deyilir ki, beş ölkə anti-Rusiya sanksiyalarının uzadılmasına qoşulub.

NATO: “Rus "İsgəndər"lərinə cavab verəcəyik”

NATO Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib ki, NATO Rusiyanın Kalininqradda yerləşdirdiyi "İsgəndər" raketlərinə cavab verəcək. Onun sözlərinə görə, NATO-nun verəcəyi reaksiya ifrat dərəcədə olmayacaq.

Amerikalı politoloqdan ŞOK AÇIQLAMA: “Ərdoğan öldürüləcəkdi, yerinə ...”

“Əgər 15 iyul hadisələri zamanı Türkiyədə qiyam baş tutsaydı, prezident Rəcəb Tayyib Ərdoğan öldürüləcəkdi”.Bu iddia iləABŞ-ın tanınmış tarixçisi və politoloqu Enqdal Frederix Uilyam çıxış edib. O, deyib ki, əslində, Fətullah Gülən 15 iyul hadisələrini ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) istəyi ilə həyata keçirib.

Amerikalı politoloqdan ŞOK AÇIQLAMA: “Ərdoğan öldürüləcəkdi, yerinə ...”

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Poroşenko Ərdoğanla görüşdü

21 Sentyabr 2017 03:39

Kanadalı alimlər işığı əks etdirməyən NƏHƏNG PLANET aşkarladılar - FOTOLAR

21 Sentyabr 2017 03:28

Meksikada baş vermiş zəlzələ qurbanlarının sayı 230-a çatıb

21 Sentyabr 2017 03:12

İlin sonunadək daha 3 “HTC” smartfonu buraxılacaq

21 Sentyabr 2017 03:03

Ərdoğanla Poroşenko Nyu-Yorkda görüşüb

21 Sentyabr 2017 02:47

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 02:44

Dünyagörüşünüzü dəyişəcək 12 qəribə xəritə

21 Sentyabr 2017 02:33

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 02:27

Bakı metropolitenində “Wi-Fi” olacaq

21 Sentyabr 2017 02:18

Bu il istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 4 milyon manatdan çox olub

21 Sentyabr 2017 02:03

"Mariya" qasırğası ikinci dərəcəli fırtınaya qədər zəifləyib

21 Sentyabr 2017 02:02

Odessanın vitse-meri uşaq düşərgəsindəki yanğına görə vəzifəsindən istefa verib

21 Sentyabr 2017 01:52

8 mindən çox insan köməksiz qalıb -

21 Sentyabr 2017 01:51

ADA Universiteti Nazirliklə əməkdaşlıq edəcək

21 Sentyabr 2017 01:43

"Marca" -

21 Sentyabr 2017 01:30

Elektrik enerjisinə görə ödənişlərlə bağlı - YENİLİK

21 Sentyabr 2017 01:23

ABŞ-dan PYD-yə növbəti dəstək

21 Sentyabr 2017 01:12

Yaponiya sahillərində güclü zəlzələ

21 Sentyabr 2017 01:04

Sakit okeanda, Vanuatu sahillərində 6,5 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 01:02

Meksikada 3 günlük matəm elan edilib

21 Sentyabr 2017 00:58

Misirdə binanın çökməsi nəticəsində tələfat artdı -

21 Sentyabr 2017 00:55

Bermud üçbucağında yeni ada peyda oldu - Alimlər heyrət içindədir

21 Sentyabr 2017 00:43

Prezident İlham Əliyev: "Ermənistan qondarma xəritələr icad edərək Dağlıq Qarabağı oraya daxil edir"

21 Sentyabr 2017 00:37

Xızıda 312 ədəd partlamamış hərbi sursat aşkarlanıb

21 Sentyabr 2017 00:37

Mikroavtobus divara çırpıldı - 19 yaralı

21 Sentyabr 2017 00:34

İspaniya polisi Kataloniya muxtar vilayətinin binalarına -

21 Sentyabr 2017 00:33

Aparıcı Zaur müğənni Damlanın cüzdanından 3500 manat çıxardı... - FOTO

21 Sentyabr 2017 00:23

ABŞ-da məktəbdə atışma olub, xəsarət alan var

21 Sentyabr 2017 00:22

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 00:15

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13

Prezident BMT-də ASAN Xidmət barəsində danışdı

20 Sentyabr 2017 23:59

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 23:55

Deputat: "Gürcüstanın bəzi bölgələrində təbii qazın qiyməti nəzərdə tutulduğundan çox artırılıb"

20 Sentyabr 2017 23:52

Azərbaycan neftinin SON QİYMƏTİ - 57 dolları keçdi

20 Sentyabr 2017 23:43

Soyğunçular polis bölməsindən oğurluq etdi -

20 Sentyabr 2017 23:40

Bakıda keçiriləcək finalın dəqiq tarixi bəlli oldu

20 Sentyabr 2017 23:39

Bakıda 36 yaşlı qadını avtomobil vurub

20 Sentyabr 2017 23:32

Bakıda iki maşın yandı

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin baş katibiylə görüşüb

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti Nyu-Yokda BMT-nin baş katibi ilə görüşüb

20 Sentyabr 2017 23:22

Abadi -

20 Sentyabr 2017 23:18

Türkiyədə uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb

20 Sentyabr 2017 23:17

Bakı metrosunda 9 yeni stansiya tikiləcək

20 Sentyabr 2017 23:13

AFFA prezidenti: “Etimadı doğruldacağıq”

20 Sentyabr 2017 23:04

Emzar Kviçiani: "Mübarizəmizi sonadək davam etdirəcəyik"

20 Sentyabr 2017 23:02

Bu uşağın iki üzü , 4 əli, 4 ayağı var -

20 Sentyabr 2017 23:00

"Qarabağ" - "Roma" oyununa bilet ALMAĞA TƏLƏSİN - yalnız 2 manatlıq biletlər qaldı

20 Sentyabr 2017 22:58

Ərdoğan Putinlə görüşəcək

20 Sentyabr 2017 22:54

Azərbaycanda nikahdankənar uşaqların ən çox və ən az doğulduğu bölgələrin adları açıqlanıb

20 Sentyabr 2017 22:52

İlham Əliyev amerikalı həmkarı Donald Tramp və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 22:40