Rusiya qarşıdakı 3 ildə büdcədə neftin qiymətini 40 dollardan hesablayıb

Rusiya qarşıdakı 3 ildə büdcədə neftin qiymətini 40 dollardan hesablayıb
20:02 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Rusiya höküməti 2017-2019-cu illərdə büdcədə neftin barelinin qiymətini 40 dollardan hesablayıb. 
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu qiymət neftin indiki bazar qiymətindən xeyli aşağı olsa da bütün sosial öhdəlikləri yerinə yetirmək üçün kifayət edir. Rusiyanın 3 illik büdcə layihəsi bu həftə Dövlət Dumasına təqdim ediləcək.
Rusiyanın baş naziri büdcə layihəsi ilə bağlı fikirlər səsləndirərkən bildirib ki, büdcə layihəsində neftin qiymətinin 40 dollardan götürülməsinə baxmayaraq, heç bir sosial öhdəlik ixtisara salınmayıb: "Hətta, bəzi hallarda müəyyən indeksasiyalara gedilib. Sosial xarakterli bütün xərclər, kompensasiyalar və pensiyaların zəruri həcmdə ödəniməsi nəzərdə tutulub. Onlar azaldılmayacaq."

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/rusiya-qarsidaki-3-ilde-budcede-neftin-qiymetini-40-dollardan-hesablayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR