"Qızıl kitab"a düşən 10 yaşlı Fidan Hüseynovanın ilk klipinin təqdimatı olub

"Qızıl kitab"a düşən 10 yaşlı Fidan Hüseynovanın ilk klipinin təqdimatı olub
20:12 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyevin sərəncamı ilə musiqi sahəsində xüsusi istedadı olan şəxs kimi adı Azərbaycan istedadlarının "Qızıl kitabı"na daxil edilən 10 yaşlı Fidan Hüseynovanın ilk klipinin təqdimatı keçirilib.
"Report"un xəbərinə görə, təqdimat mərasimdə bildirilib ki, F.Hüseynovanın xalq artisti, dirijor Teymur Göyçəyevin rəhbərliyi altında uşaq kamera orkestrinin solistlərinin müşayiəti ifa etdiyi "Tell me Why"adlı mahnı uğurla alındığından studiyada yazılıb. Sonra mahnıya klip çəkilməsi qərara alınıb.
Klipin rejissoru Ülviyyə Könül, operatoru Elmir Süleymanov, montaj edəni Ramiz Hüseynovdur.
Tədbirdə qeyd olunub ki, balaca istedad dekabrın 17-də Heydər Əliyev adına Sarayda keçiriləcək "Zima" uşaq estrada mahnılarının musiqi festivalında iştirak edəcək.


Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/qizil-kitab-a-dusen-10-yasli-fidan-huseynovanin-ilk-klipinin-teqdimati-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR