Neymarın PSJ-yə transferinə iki tələbi mane olub

Neymarın PSJ-yə transferinə iki tələbi mane olub
20:17 25 Oktyabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

Bir neçə gün öncə "Barselona" ilə müqaviləsini yeniləyən Neymar ötən yay PSJ klubuna transfer edilə bilərmiş.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "L`Equipe" PSJ-nin prezidenti Naser əl-Xəlaifinin San Paulu şəhərinə gedib braziliyalı hücumçunun atası və agenti Vaqner Ribeyro ilə danışıqlar apardığını iddia edir. Amma Neymarın Əl-Xəlafinin qarşısına qoyduğu 2 şərt transferin baş tutmasına əngəl törədir. "Sambaçı" illik 40 milyon avro məvacib tələb edib. Danışıqların pozulmasına əsas səbəb isə Braziliya məhkəməsi tərəfindən Neymara təyin olunan 45 milyon avronun PSJ tərəfindən ödənilməsi şərti olub.

Qeyd edək ki, Neymar yeni müqaviləyə görə "Barselona"da illik 25 milyon avro məvacib alacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR