Gəncədə iki yubiley: Axundovla Silva ortaq oldu

Gəncədə iki yubiley: Axundovla Silva ortaq oldu
20:27 25 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının IX turunun “Kəpəz”lə “İnter” arasındakı qarşılaşması iki yubileylə əlamətdar olub. Fanat.Az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçda hər komandanın bir üzvü Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

Meydan sahiblərinin heyətində yubilyar komandanın kapitanı Tural Axundov olub. 2008/09 mövsümündə debüt etdiyi Premyer Liqada 9 qol vuran müdafiəçi “200”ə 5 klubda oynamaqla çatıb. İlk oyununu MOİK-də keçirən Axundov “Muğan”, “Rəvan”, “Simurq”dan sonra “Kəpəz”də çıxış edir. 

9 mövsümdə mükafat qazana bilməyən Axundovdan fərqli 200-cü matçını keçirən digər futbolçu - “İnter”in braziliyalı müdafiəçisi Denis Silva daim iddialı klublarda oynayıb. İndiki komandasınadək “Xəzər Lənkəran” və “Neftçi”də oynamış cənubi amedikalı 3 dəfə çempionluq yaşayıb. O, 5 dəfə finalında oynadığı ölkə kubokunu da 3 dəfə başı üzərinə qaldırıb. 2007/08 mövsümündə debüt etdiyi çempionatdakı 200 matçda Silvanın 11 qolu var.

Qeyd edək ki, bunadək 113 futbolçu ölkə çempionatında 200 oyun səddini fəth edib. Tural və Denis bu rəqəmi 115-ə çatdırıb. Sonuncu bunu bacaran 6-cı legioner və ilk cənubi amerikalı kimi tarixə düşüb. (pfl.az)

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-gncd-iki-yubiley-axundovla-silva-ortaq-oldu-t53631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR