Ermənistanda ikili vətəndaşlığı olanların sayı artır

Ermənistanda ikili vətəndaşlığı olanların sayı artır
20:27 25 Oktyabr 2016
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Ermənistanda yüz minə yaxın ikili vətəndaşlığı olan erməni yaşayır".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə polis rəisinin müavini Vardan Yeqizaryan parlamentdəki çıxışında bildirib.
Onun sözlərinə görə, polisin informasiya bazasında 95 min 839 vətəndaşın ikili vətəndaşlığının olması haqqında məlumat var: "Bu ilin avqustunadək onarlın sayı 94 min 50 nəfər idi. Son iki ayda ikili vətəndaşlığı olanların sayı 95 min 839 nəfərə çatıb. Bizim vətəndaşlar əsasən Rusiya vətəndaşlığını qəbul edirlər. Onların 70-80 faizi Ermənistnda yaşayır".
Ümumiyyətlə, ikili vətəndaşlığı olan Ermənistan vətəndaşları bu barədə ölkə polisinə məlumat verməyə borclu olmayacaqlar. Bu barədə ölkə parlamentinə qanun layihəsi təqdim edilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR