Əli Həsənov Türkiyə baş nazirinin müavinləri ilə görüşüb

Əli Həsənov Türkiyə baş nazirinin müavinləri ilə görüşüb
20:57 25 Oktyabr 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə səfərdə olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oktyabrın 25-də bir sıra görüşlər keçirib.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərində yüksələn xətlə xarakterizə olunan inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə iştirak edib.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR