Torpaq sürüşməsi nəticəsində yol çökdü - VİDEO

Torpaq sürüşməsi nəticəsində yol çökdü - VİDEO
21:22 25 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər yağan intensiv yağışlar səbəbindən sürüşmə zonaları aktivləşib. Şamaxıda və Cəlilabadda avtomobil yollarında çökmə baş verib. Qusarda isə bir neçə ev üçün təhlükə yaranıb.

Torpaq sürüşməsi nəticəsində yol çökdü. Hadisə Şamaxıda, Şamaxı-Qızmeydan avtomobil yolunda baş verib. Yağışlardan sonra yaranan Sürüşmə nəticəsində yolun 4 nöqtəsində iri miqyaslı uçqunalar qeyda alnıb.

Kəndə gedən yolun bəzi hissələrində isə asfalt örtüyünün dagılması hərəkətə çətinlik yaradır.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bir neçə gün əvvəl Bakı-Şamaxı yolunda sürüşmədən sonra yaranan problemlər aradan qaldırılır.

İşlər digər sürüşmə ərazilərində də aparılacaq.  

Cəlilabadda da torpaq sürüşməsi bu il istifadəyə verilən Cəlilabad-Cəngan yolunun çökməsinə səbəb olub. Ərazidə bir neçə metr dərinliyində çəkəklik yaranıb. Kənar hissə ilə alternativ yol çəkilsə də buradan hərəkət etmək təhlükəldidir.

Rayon fövqəladə hallar komossiyasından verilən məlumata görə ərazinin tamamilə sürüşməyə məruz qalmaması üçün ora iri daş parçalarının tökülməsi planlaşdırlır.

Son günlər yağan intensiv yağışlar Qusarda da sürüşmə zonalarını aktivləşdirilib. Urva kəndində bir neçə ev üçün təhlükə yaranıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR