15 ildir ki, Bakıda ayaqyalın gəzir - VİDEO

15 ildir ki, Bakıda ayaqyalın gəzir - VİDEO
21:32 25 Oktyabr 2016
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxdakı bazarlardan birinin qarşısındakı yolda dilənçilik edən bu şəxs ayaqqabı geyməməsinə səbəb kimi seyid olduğunu və ona soyuğun təsir etməməsini göstərir. Dilənərək xəstə ailəsinə baxdığını deyir. Onun   ailəsi ilə görüşmək istəsəkdə Abdulla Əliyev bununla razılaşmır.

Əynində gödəkcə olmasına baxmyaraq ayağında ayaqqabı yoxdur.Bu şəxs Qış-yay demədən 15 ildir ayaqqabısız gəzir..

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, hətta bu vəziyyətdə yağışda və qarda yola çıxaraq dilənçilikdə edir.

25 yaşlı Abdulla Əliyevlə təsadüfən qarşılaşdıq.Onu ayaqyalın vəziyyətdə Paytaxtın Nizami rayonu 8-ci kilometr bazarının qarşısındakı yolda dilənçilik edərkən gördük..Yaxınlaşaraq ayaqqabı geyməməsinin səbəbini soruşdum.Cavabı isə, gözlənilməz oldu.Ayaqyalın gəzməkdən zövq alıram.

Abdulla Əliyev deyir ki,əvvələr yaxınlıqda olan tikinti materialları satılan mağazalarda fəhlə işləyib.Ancaq,sonradan buna fiziki gücü çatmadığından dilənçilik etməyə başlayıb.Deyir ki,dilənçilik etməsində əsas səbəb Suraxanı rayonu Əmircan Qəsəbəsi Tahir Bağırov küçəsində yaşayan anası və 3 bacısının xəstə olmasıdır. Elə bizdə bu vəziyyətdə ailəsinə kömək üçün evlərinə getmək istədik. Ancaq,nə qədər israr etsəkdə o,buna mane oldu. Görünür bu variant yoldan keçən sürücülərdən və piyadalardan pul dilənməyin yeni metodu olub. Çünki, evində xəstəsi olan şəxs istənilən halda ona edilən yardımdan qaçmamalı idi. Ayaqqabı geyinməyərək ,insanların hissi ilə oynayıb pul qazanan bu şəxs dilənməyə davam etdirəcəyini deyir.

Həmsöhbətimizin sözlərinə görə, uzun müddət ayaqyalın olasada sağlamlığından şikayəti olmayıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR