"Tira komandadan qovulacaq!" - Elxan Abdullayev

"Tira komandadan qovulacaq!" -   Elxan Abdullayev
21:37 25 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının IX turu çərçivəsində baş tutan “Neftçi” - “Qarabağ” matçı insidentlə bağlı meydan sahiblərinin baş məşqçisi Elxan Abdullayev açıqlama verib. Fanat.Az xəbər verir ki, “CBC Sport” telekanalına açıqlama verən mütəxəssis oyunçunun hərəkətini şiddətlə qınadığını bildirib.

 

“Futbol meydanı boks rinqi deyil, onu çox ciddi cəza gəzləyir. İndi burda açıqlamaq istəmirəm, ancaq özünüz zamanında şahidi olacaqsınız. Ola bilsin ki, klubdan qovulsun” - deyə baş məşqçi bildirib.


Abdullayev oyunla bağlı da danışıb: "Bu gün ölkənin ən güclü komandasına qarşı oynayırdıq. Ona görə də beş müdafiəçili sxem seçmişdik. "Qarabağ"la açıq futbol oynamaq olmazdı. İlk qol epizodu zamanı iki müdafiəçimiz eyni anda rəqib futbolçunun üstünə getdi, Rahidin önündə isə boşluq yarandı. O da dəqiq zərbə ilə hesabı açdı. Bütövlükdə, komandamın oyunundan razıyam. Uşaqların böyük istək və həvəslə oynadıqları görünürdü. Yenilərə gəlincə, Boban Baykoviç ciddi səhvlə yadda qalmadı. Jonas Pessalli isə cəmi 10 dəqiqə meydanda oldu və onun barəsində dəqiq nəsə demək olmur".



Qeyd edək ki, oyunun 90-cı dəqiqəsində “Qarabağ”ın vurduğu ikinci qoldan sonra meydana azarkeş daxil olub. Meydanın mərkəzinə tərəf irəliləyən azarkeşə gözlənilmədən “Neftçi”nin rumıniyalı hücumçusu Katalin Tira hücum çəkib və  iki-üç dəfə zərbə endirib.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quottira-komandadan-qovulacaqquot-t53635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR