Millimizin sabiq baş məşqçisi vəfat etdi - FOTOLAR

Millimizin sabiq baş məşqçisi vəfat etdi -   FOTOLAR
21:37 25 Oktyabr 2016
18 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torres vəfat edib. 


Fanat.Az xəbər verir ki, braziliyalı mütəxəssisin bir müddətdi ürək-damar sistemində problemlərinin olduğu bildirilir. O, bu gün 72 yaşında dünyasını dəyişib. 


Qeyd edək ki, Karlos Alberto Torres 2004-cü ilin 18 fevralından 2005-ci ilin 4 iyununa qədər Azərbaycan millisini çalışdırıb. Bu müddətdə 18 oyuna çıxan komandamız 2 qələbə qazanıb, 6 heç-heçə edib və 10 dəfə uduzub. 2005-ci ilin 4 iyununda "DÇ-2006"nın seçmə mərhələsi çərçivəsində Bakıda Polşaya 0:3 hesablı məğlubiyyət braziliyalı mütəxəssisin yola salınmasına səbəb olub. Bundan təxminən 2 ay əvvəl isə yığmaız səfərdə polşalılara 0:8 hesabı ilə yenilmişdi.


Torres futbolçu karyerasına 1963-cü ildə vətənində - "Fluminense" klubunda başlayıb. Sonrakı illərdə o, Braziliyanın "Santos", "Flamenqo", ABŞ-ın "Nyu York Kosmos" və "Kaliforniya Surf" klublarında oynayıb.


Məşqçi karyerasına 1983-ci ildə "Flamenqo"da başlayan mərhum mütəxəssis sonrakı illərdə vətənində "Korintians", "Nautiko", "Botafoqo", "Fluminense", "Atletiko Mineyro", "Paysandu", ABŞ-ın "Myami Şarks", Kolumbiyanın "Onse Kaldas", "Union Maqdalena", Meksikanın "Monterrey", "Tijuana", "Queretaro"klublarını və Oman millisini çalışdırıb. Azərbaycan millisi onun məşqçi karyerasında sonuncu olub.


Futbolçu karyerası ərzində bir sıra uğurlar qazanan Torres 1970-ci ildə Meksikada keçrilən dünya çempionatının qalibi olub. Həmin vaxtı 25 yaşı olan müdafiəçi turnirin finalında oynamış ən gənc kapitan statusunu saxlayıb. 


Fanat.Az













Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-sabiq-ba-mqcisi-vfat-etdi-t53634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR