Avtobuslarda vəziyyət acınacaqlıdır - VİDEO

Avtobuslarda vəziyyət acınacaqlıdır - VİDEO
21:37 25 Oktyabr 2016
233 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi daşıyıcı şirkətlər avtobuslarına daha çox sərnişin yığmaq üçün bir sıra üsullara əl atır. Belə üsullardan biri də avtobusun oturacaqlarını çıxarmaqdır. 21 və 175 saylı xətlərdə isə bu mənzərəni görmək mümkündür. Xəttəki avtobusların bir çoxunda oturacaqlar tamamilə yerindən çıxarılıb. Bundan ən çox əziyyət çəkənlər isə sərnişinlərdir. Aidiyyatı qrumdan isə bildirildi ki, qeyd edilən faktla bağlı daşıyıcı şirkət barəsində sərt tədbirlər görüləcək

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, avtobusun bəzi oturacaqları tamamilə yerindən çıxarılıb. Bəziləri isə yararsız vəziyyətdədir.

Acınacaqlı kadrlar paytaxt daxilində 21 və 175 saylı marşurut xətlərində sərnişin daşıyan avtobuslarda lentə alınıb.

Sərnişinlər iddia edir ki, oturacaqların çıxarılmasının başlıca səbəbi avtobusa pik saatlarda daha çox adam yığmaqdır.

Bəzi sürücülər oturacaqlar niyə çıxarılıb sualına özlərinə məxsus cavab verir, bəziləri isə oturacaqların çıxarılmasından xəbərsiz olduqlarını deyirlər.

Bakı Nəqliyyat Agentliyindən isə bildirilir ki, 175 və 21 saylı marşurut xətləri ilə bağlı qurumun 141 çağrı mərkəzinə dəfələrlə sərnişinlər tərəfindən şikayətlər daxil olub. Bu şikayətlər əsasında agentliyin əməkdaşları marşurutlara baxış keçirib və hər iki xətdə istismar olunan avtobuslarda ciddi nönqsanlar aşkarlanıb. nöqsanların aradan qaldırılması ilə bağlı daşıyıcı şirkətə xəbərdarlıq edilib. Lakin təkrar yoxlamalar zamanı nöqsanların aradan qalxmadığı müəyyən edilib. İndi isə qrum tərəfindən hər iki marşurut xətti istismarını həyata keçirən daşıyıcı şirkətlə bağlı qanuna uyğun olaraq ən sərt tədbirlər həyata keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR