Abdullayevi "Neftçi"ni AFFA göndərib - 80 yaşlı "peşəkar"ın ayıbı

Abdullayevi "Neftçi"ni AFFA göndərib -   80 yaşlı "peşəkar"ın ayıbı
21:57 25 Oktyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin AFFA-dan idarə olunduğunu dəfələrlə yazmışıq. Premyer Liqada və I divizionda çıxış edən bir çox klublar kimi "ağ-qaralar"ın da Nobel prospektində yerləşən binadan əmrlər aldığını, rəhbərliyinin və baş məşqçilərin ordan təyin edildiyini mətbuat hər gün xatırladır. Amma bir çox hallarda bu xəbərlər klub və asossiasiya rəhbərliyi tərəfindən təkzib olunurdu.


Elə klubdakı son təyinatların, həmçinin baş məşqçi Elxan Abdullayevin təyinatının da AFFA-dan edildiyi hər kəsə bəlli idi. Maraqlıdı ki, baş məşqçi özü də bunu etiraf etməkdən çəkinmir.


Belə ki, qalmaqallı "Qarabağ" matçından sonra keçrilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Abdullayev "Neftçi"yə AFFA tərəfindən göndərildiyini bildirib: "Bəli, məni bura AFFA göndərib. "Neftçi" kömək üçün AFFA-ya müraciət etmişdi, onlar da məni göndərdi".


Jurnalistlərin israrına baxmayaraq, Elxan bəy konkret olaraq kim tərəfindən "Neftçi"yə göndərilməsini açıqlamayıb.


İndi bilmirik "Neftçi"nin gününə ağlayaq, ya gülək. 80 yaşlı PEŞƏKAR klub, özünü Azərbaycan futbolunun flaqmanı adlandıran komanda bu qədər acizdir ki, baş məşqçi tapa bilmir, federasiyadan kömək istəyir? Bəs harda qaldı sizin peşəkarlığınız? Bəs əziyyət çəkib bu boyda Müşahidə Şurasını niyə yaratmışdız? 600-dən çox kitab yazıb, 27 milyon tirajla çap etdirmiş "Şöhrət" ordenli Xalq yazıçısı Çingiz Abdullayevi niyə sədr təyin etmişdiz? Bir dəfəlik deyərdiz "Neftçi"ni XALQın yox, AFFA-nın komandasıdı, bizdə işimizi bilib, oturardıq yerimizdə. Daha bizi niyə dağa-daşa salırsız, bəylər!


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-abdullayevi-quotneftciquotni-affa-gondrib-t53637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR