Əgər dərinizin sağlam olmasını istəyirsinizsə...

Əgər dərinizin sağlam olmasını istəyirsinizsə...
22:17 25 Oktyabr 2016
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər kəs hansı yaşda olursa-olsun istəyir ki, dərisi sağlam və təravətli olsun. Bəzi qidalar vardır ki, əgər onlardan yesəniz, dərinizi daha sağlam edəcəkdir. Bu qidalarla tanış olaq.

Balıq.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, yağlı balıqların içində Ömeqa-3 olduğundan, bədəndə olan iltihabla mübarizə aparar. Salamun və tun balıqlarının tərkibində enzim Q10 maddəsi vardır ki, güclü anti-oksidant hesab olunur. Bu maddə dərinin zahiri gözəl olmasına yardım edir.
Qoz.
Qoz da o qidalardan hesab olunur ki, tərkibində Omeqa-3 maddəsi vardır. Bundan başqa, qozun tərkibində mis vardır ki, kollagenin ifrazını artırar ki, bu da dərini daha təravətli edər. Əgər balıq yeyə bilmirsinizsə, ən azı gündə bir ovuc qoz yeməyə çalışın.
Zeytun yağı.
Zeytun kiçik meyvə olmasına baxmayaraq, tərkibində misilsiz faydalar gizlənmişdir. O qadınlar ki, zeytun yağını daha çox istifadə edirlər, daha gec qocalır və dəriləri daha gec qırışır. Baxmayaraq ki, badam və günəbaxan yağları da faydalıdır, ancaq fayda baxımından zeytuna çata bilməz.
Bibər, brokkoli, kivi.
O insanlar ki, tərkibində C vitamini çox olan qidalardan istifadə edirlər, dəriləri daha sağlam olur. Çünki C vitamini elə bir güclü anti-oksidantdır ki, iltihabla mübarizə aparar və hüceyrələrə zərər dəyməsinə mane olar.
Pomidor.
Pomidorun tərkibində olan likopen dərini günəş şüalarına qarşı qoruyar. Bişmiş pomidorda likopenin miqdarı xam halda olandan daha çox olar.
Yaşıl çay.
Yaşıl çayın tərkibində katexin olduğu üçün qan dövranını yaxşılaşdırar və qanı oksigenlə təmin edər. Nəticə dəri daha yumşaq və təravətli olar.
Su.
Su içmək dərinizin sağlam olması üçün çox mühümdür. Əgər şirin mayələrdən çox istifadə etsəniz, qanda olan şəkərin miqdarı artar və nəticədə dəriniz sağlam olmaz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/482569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR