"Neftçi"nin legionerindən tərbiyəsizlik: azarkeşi vurdu - VİDEO

"Neftçi"nin legionerindən tərbiyəsizlik: azarkeşi vurdu - VİDEO
22:27 25 Oktyabr 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində baş tutan "Neftçi" - "Qarabağ" matçı insidentlə başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, oyunun 90-cı dəqiqəsində "Qarabağ"ın vurduğu ikinci qoldan sonra meydana azarkeş daxil olub.
 
Meydanın mərkəzinə tərəf irəliləyən azarkeşə gözlənilmədən "Neftçi"nin rumıniyalı hücumçusu Katalin Tira hücum çəkib. Futbolçunun bu hərəkətinə təəccüblənən azarkeş özünə gəlməyə imkan tapmamış Tira ona iki-üç dəfə zərbə endirib.
 
Yalnız "Qarabağ"lı oyunçuların müdaxiləsindən sonra azarkeşi xilas etmək mümkün olub.
 
Rumıniyalı hücumçunun bu hərəkəti baş hakim Ramil Diniyev tərəfindən "qırmızı" ilə cazalandırılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR