Venesuela parlamenti Maduroya impiçment elan edir

Venesuela parlamenti Maduroya impiçment elan edir
23:32 25 Oktyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Venesualanın Milli Assambleyası bu gün ölkə prezidenti Nikolas Maduroya qarşı impiçment prosedurunun başlanmasının lehinə səs verib.
Parlamentdəki deputatların çoxu müxalifətçilərdir.

Milli.Az Capitolio TV-yə istinadən bildirir ki, parlamentarlar Maduronun noyabrın 1-də ali qanunverici məclisə çağırılması təklifinin də lehinə səs veriblər.
Ölkə müxxalifəti Nikolas Maduronu referendum vasitəsilə hakimiyyətdən kənarlaşdırmaq istəyir. İqtidardakı Sosialist Partiyasının əleyhdarları referendumun keçirilməsi üçün səs toplamağa başlayıblar.

Müxalifətçilər üçün referendumu 2017-ci ilin yanvarın 10-dək keçirmək çox önəmli məsələdir, çünki referendum həmin tarixdən gec keçirilərsə, Maduro prezident postundan kənarlaşdırılsa belə, 2019-cu ilədək ölkəni onun təyin edəcəyi vitse-prezident idarə edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR