İmam Hüseynin (ə) neçə övladı olub?

İmam Hüseynin (ə) neçə övladı olub?
23:37 25 Oktyabr 2016
190 Ölkə
Ölkə mətbuatı
A- A+

İmam Hüseynin (ə) beş həyat yoldaşından 4 oğlu və 2 qızı olmuşdur. Böyük oğlunun adı Əli Əkbərdir. O, İmam Hüseynin (ə) Ümmi-Leyla Səqəfiyyə adlı qadınla izdivacından doğulmuşdur. Əli Əkbər Kərbəlada şəhid olarkən təqribən 36 yaşı vardı. Görünüşcə Həzrət Mühəmməd Peyğəmbərə (s) çox bənzəyir¬miş.

İmam Hüseynin (ə) ortancıl oğlu İmam Əli Zeynülabidindir (ə), anası sonuncu Sasani şahənşahı III Yəzdgürdün qızı Şəhrbanudur (və ya Şahzənan).

Milli.Az islam.az-a istinadən bildirir ki, İmamın Bəni-Qüzaə qəbiləsinə mənsub qadından doğulmuş oğlu Cəfər atasının sağlığında vəfat etmişdi.

Rübab adlı qadınla izdivacdan isə Kərbəlada oxla vurulub şəhid olmuş südəmər Əli Əsğər (əsil adı Abdullahdır) adlı oğul və Səkinə adlı qız dünyaya gəlmişdir. Səkinə Kərbəlada olmuş, əsir düşmüşdü.

İmamın ikinci qızının adı Fatimədir. Fati¬mə aşura faciəsində iştirak etməmiş, xəstə olduğuna görə Mədinədə qalmışdı.

İmam Hüseynin (ə) Rüqəyyə adlı qızının olması, Şam xarabalığında atasının kəsik başını gördükdən sonra dünyasını dəyişməsi haqqında məlumatlar ziddiyyətlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR