Soğan yumurtalıq xərçəngini müalicə edir

Soğan yumurtalıq xərçəngini müalicə edir
23:57 25 Oktyabr 2016
198 Ölkə
Ölkə mətbuatı
A- A+

Hamı bilir ki, soğan güclü mikrob və iltihabəleyhinə təsirə malikdir. Yaxınlarda Yaponiya alimləri soğanın növbəti faydasını aşkar ediblər.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Kumamoto Universiteti alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, soğanın həmçinin güclü xərçəngəleyhinə aktivliyi var.
Araşdırmalar göstərib ki, soğanın tərkibində olan "onion A" maddəsi yumurtalıq xərçəngininin inkişafını xeyli ləngidir, orqanizmin xərçənglə mübarizə edən hüceyrələrinin aktivliyini artırır, şişi kiçildir.
MedicalNewsToday xəbər verir ki, alimlər onion A maddəsinin təsirini yumurtlıq xərçəngi olan siçanların üzərində yoxlayıblar. Onion A almayan  siçanlarla müqayisədə bu maddəni alan xəstə siçanlar daha çox yaşayırdı. Həmçinin alimlər fikir veriblər ki, bu siçanlarda şişin ölçüləri xeyli kiçilib.
Araşdırmalar davam edir. Alimlər hesab edirlər ki, soğan əsasında hazırlanan yeni preparat yumurtalıq xərçənginin müalicəsini daha effektli edə bilər.
Soğan həmçinin xərçəngin profilaktikası üçün də istifadə oluna bilər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR