Bakıda iki avtomobil toqquşub, yaralananlar var

Bakıda iki avtomobil toqquşub, yaralananlar var
02:07 26 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi magistral avtomobil yolunda iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.
"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq hər iki minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücüləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR