Kanadada tibb bacısı 8 təqaüdçünü öldürməkdə ittiham olunur

Kanadada tibb bacısı 8 təqaüdçünü öldürməkdə ittiham olunur
02:42 26 Oktyabr 2016
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Kanadanın Ontario əyalətində qocalar evində 8 təqaüdçünü öldürməkdə ittiham edilən keçmiş tibb bacısı həbs olunub.
"Report" xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
İstintaq zamanı məlum olub ki, 49 yaşlı Elizabet Treysi Mai Vettlaufer 2007-ci ildən 2014-cü ilədək dərmanın dozasını artırmaq yolu ilə 75-96 yaşlarında olan 8 təqaüdçünü öldürüb. Qətllər Ontario vilayətinin Vudstok və London şəhərlərində yerləşən qocalar evlərində törədilib.
Qadın Vudstokdakı evində həbs olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR