ŞOK: 20 il əvvəl itkin düşən kişi öz evində çarpayıya bağlı vəziyyətdə tapıldı (FOTO)

ŞOK: 20 il əvvəl itkin düşən kişi öz evində çarpayıya bağlı vəziyyətdə tapıldı (FOTO)
05:08 26 Oktyabr 2016
224 Dünya
Ölkə mətbuatı
A- A+

Polis ailəsi tərəfindən 20 il ev dustağı edilən kişini azad edib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, hadisə Braziliyada baş verib. 36 yaşlı kişi Guarulhos şəhərində yoxsulların yaşadığı əraziyə polis reydi zamanı təsadüfən tapılıb.

Polis onun ac olduğunu və əqli sağlamlıq problemlərinin olduğunu bildirib.

Qonşular bildirib ki, 16 yaşında itkin düşməzdən öncə o, mehriban uşaq kimi yadda qalıb, amma analığı tərəfindən tez-tez döyülürdü.

Polis, xəstəxanaya apardığı Armando Bezerra de Andrade-nin danışa bilmədiyini deyib.

Onun qaldığı otağın fotosunda yalnız yataq və çirkli tualetin olduğu deyilir. Məlumatlara görə, divarlarda zəncirlər mövcuddur.

Kişinin qaldığı otağın fotosu

Reyd keçirilən zaman evdə heç kim olmayıb. Qonşular kişinin atasının, analığının və ögey qardaşının başqa yerdə yaşadığını deyirlər.

Andradenin atası polisə deyib ki, oğlu yeniyetmə ikən evdən qaçıb və narkotik istifadəçisi olduğu üçün ailəsindən onu bu otaqda saxlanılmasını istəyib.

Hazırda onun narkotik və ya başqa dərman istifadə edib-etmədiyini yoxlamaq üçün analizlər aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR