Ermənilər mərmi yağdırdı (VİDEO, FOTO)

Ermənilər mərmi yağdırdı (VİDEO, FOTO)
17:26 5 Yanvar 2015
183 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan tərəfi cəbhədə atəşkəsi pozmağa davam edir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qarşı tərəf ötən axşam da Milli Ordumuzun mövqelərini və cəbhəyanı kəndləri yüngül artilleriya silahlarından atəşə tutub. Çıraqlı kənd sakinlərinin verdikləri məlumata görə, axşam saatlarında kənd ərazisinə təqribən 4-5 mərmi atılıb.

Atılan mərmilər boş əraziyə düşdüyündən dağıntıya səbəb olmayıb. Son iki gündə 15 mərminin düşdüyü Orta Qərvənd kənd bələdiyyəsindən verilən məlumata görə, partlayışlar nəticəsində 5 evə zərər dəyib.

Mərmilərdən biri kənd sakini Mayıl Əliyevin evinin 5 metrliyinə düşüb. Evin demək olar ki, bütün pəncərələri sınıb, onlarla qəlpə otaqların içərisinə səpələnib. Partlayış zamanı bütün ailə üzvləri evdə olub. Ailə başçısı sağ qalmalarının təsadüf olduğunu düşünür.

Digər mərmi isə kənd sakini Vilayət Həsənovun evini güllələrdən qoruyan istinad divarına dəyərək partlayıb. Partlayış nəticəsində divarın bir hissəsi uçub. Ev sahibi həmin axşamı ailəsilə birgə zirzəmidə keçirməli olub.

İndi Ermənistan silahlı qüvvələrinin mövqelərindən təqribən 500 metr məsafədə yerləşən ev qarşı tərəfdən aydın müşahidə olunur.

Ermənistan silahlı birləşmələrinin gülləbaranı altında qarşılayan kənd sakinləri vəziyyətin ağır olmasına baxmayaraq doğma yurdların tərk etmək fikrində olmadıqlarını deyirlər. Son 2 gündə isə atəşkəsin pozulması nəticəsində kənd sakinləri arasında ölən və yaralanan olmayıb.






















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317841

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR