"Kənardan durub, danışmaq asandır"

"Kənardan durub, danışmaq asandır"
09:22 26 Oktyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, "Neftçi"də ikinci oyununa çıxan yeni transferlərdən Conas Pessali oyundan sonra apasport.az-ın suallarını cavablandırıb.

- Siz necə, məğlubiyyətlərin səbəbini müəyyənləşdirmisinizmi?
- İkinci yenilgimdir. İstəməzdim, yeni komandamda bu hissləri yaşayım. Çalışmalıyıq, vəziyyəti düzəldək. Çox işləməliyik ki, vəziyyətdən çıxa bilək.
 
- Bu matçın derbi olduğunu bilirdinizmi?
- Əlbəttə, oyunun əhəmiyyətini bilirdim. Həm məşqçilərimiz, həm də oyunçularımız bu haqda
məlumat veriblər. İstərdim, derbinin qalibi olaq, amma yenildik və buna görə də üzülürük.
 
- Xəyalınızda canlandırdığınız "Neftçi"dirmi bu komanda?
- Gəlməmişdən əvvəl komandanın tarixi, uğurları haqda maraqlanmışdıq. Hazırkı durumunu da bilirdim. Bura kömək etmək üçün gəlmişəm. Amma hələ ki, nəticə verə bilmirik.
 
- Komanda yoldaşınız Katalin Tina azarkeşə yumruq atdı. Siz necə, onun yerində olsaydınız, həmin hərəkəti edərdiniz?
- Kənardan durub, danışmaq asandır. Məsələn, indi deyərəm ki, bunu heç vaxt etmərəm, çalışaram uzaq olum. Amma həmin vaxt emosiyalar fərqli olur.
 
- Azarkeşə qarşı bu cür hərəkət edən futbolçuya peşəkar demək olar? Bu sualla sizə onun əleyhinə qaldırmırıq, sadəcə fikrinizi bilmək istəyirik...
- Bu suala cavab verə bilməyəcəm. Çətinlik çəkirəm. Çəmi 2 həftə əvvəl gəlmişəm bura. Hələ ab-havaya uyğunlaşa bilməmişəm. Bu suala əvvəldən burda oynayan futbolçular cavab verə bilər.
 
- Növbəti turda lider "Qəbələ" ilə qarşılaşacaqsınız. Bu rəqib haqda nə bilirsiniz?
- Hər bir oyun bizim üçün vacibdir. Vəziyyətimiz elədir ki, hər oyuna final matçı kimi çıxırıq. Sabahdan baş məşqçimiz bizə lazımi tapşırıqlar verəcək, necə etməli olduğumuzu deyəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR