Bakı metrosu fərdi mühafizə vasitələri alır

Bakı metrosu fərdi mühafizə vasitələri alır
09:57 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC işçiləri üçün fərdi mühafizə vasitələrinin satın alınması üzrə açıq tender keçirir.
"Report"un "Respublika" qəzetinə istinadən verdiyi xəbərə görə, tender 1 lot üzrə keçirilir. Müsabiqədə iştirak haqqı 200 manat təşkil edir.
Tenderdə iştirak etmək istəyən iddiaçılar zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 noyabr saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə 28 noyabr saat 15:00-a qədər Bakı şəhəri, M.Rəfili küçəsi,20 ünvanına (icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinə) təqdim etməlidirlər.
İddiaçıların təklifləri 29 noyabr saat 15:00-da həmin ünvanda açılacaq. İştirakçıların səlahiyyətli nümayəndələri prosedurda iştirak edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/baki-metrosu-ferdi-muhafize-vasiteleri-alir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR