Prezidentin mükafatlandırdığı 10 yaşlı Fidan təqdimat etdi - fotolar

Prezidentin mükafatlandırdığı 10 yaşlı Fidan təqdimat etdi -  fotolar
10:06 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin sərəncamı ilə musiqi sahəsində xüsusi istedadı olan şəxs kimi adı Azərbaycan istedadlarının "Qızıl kitabı"na daxil edilən 10 yaşlı Fidan Hüseynovanın ilk klipinin təqdimatı keçirilib.

Axşam.az-ın məlumatına görə, "Tell me Why" adlı mahnıya çəkilən klipin rejissorluğunu Ülviyyə Könül edib. F.Hüseynova mahnını ilk dəfə xalq artisti, dirijor Teymur Göyçayevin rəhbərliyi altında uşaq kamera orkestrinin solistlərinin müşayiəti ilə ifa edib. Onun bu ifası uğurlu alındığından studiyada lentə alınıb.

Aparıcılığını Ranar Musayevin etdiyi tədbirdə Ü.Könül Fidanın istedadından bəhs edib. O bildirib ki, çəkilişlər zamanı balaca ifaçı bütün tapşırıqları yorulmadan yerinə yetirib.

Fidan ən böyük arzusunun Harvard Universitetində təhsil almaq, müğənni Emin və Filipp Kirkorovla duet oxumaq olduğunu deyib.

Qeyd edək ki, Fidan Azərbaycanda məşhur iş adamının qızıdır.

Balaca sənətçinin atası Yaqub Hüseynov "Bridge Group of Companies" şirkətlər qrupunun, “Bridge Plaza” biznes mərkəzinin (Azservice) və “Global Interiors Group” şirkətinin təsisçisidir.
















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR