İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi Bakıda yerləşəcək

İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi Bakıda yerləşəcək
10:12 26 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi Bakıda yerləşəcək. 
"Report" xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə açıqlamasında bildirilib. 
Açıqlamada qeyd olunub ki, İƏT Xarici İşlər Nazirləri Şurasının 18-19-da oktyabr 2016-cı ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 43-cü sessiyasında mənzil-qərargahı Bakı şəhərində yerləşəcək İƏT Əmək Mərkəzinin Nizamnaməsi təsdiq edilib.
Bu mərkəzin yaradılması barədə təklif İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin 2013-cü ilin 25-26 aprel tarixlərində Bakı şəhərində keçirilən ikinci konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Həmin tədbirdə dövlət başçısı Azərbaycanda işsizliyin aradan qaldırılması istiqamətində aparılan islahatlar və qazanılan uğurlu təcrübənin digər dövlətlər üçün maraqlı olacağını qeyd edib, İƏT-in Bakıda belə bir qurumunun yaradılmasının təşkilata üzv dövlətlər arasında birliyi daha da möhkəmləndirə biləcəyini vurğulayıb. Təklif konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirilib və yekdilliklə dəstəklənib.
Sonrakı dövrdə Əmək Mərkəzinin Konsepsiya sənədi və Nizamnamə layihəsi hazırlanaraq baxılması üçün üzv dövlətlərə təqdim edilib. İƏT-in Əmək məsələləri üzrə Rəhbər Komitəsinin 2014-cü ilin iyun ayında Bakı şəhərində təşkil olunan iclasında Əmək Mərkəzi ilə bağlı sənədlərin layihəsi iştirakçı dövlətlərin və İƏT qurumlarının nümayəndələri ilə müzakirə edilib.
Bu tədbirin ardınca 2014-cü ilin iyunun 18-19-da İƏT Xarici İşlər Nazirləri Şurasının Ciddə şəhərində keçirilmiş 41-ci sessiyasında qəbul olunmuş iqtisadi məsələlər üzrə Qətnamədə İƏT-ə üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsində Azərbaycanın fəallığı qeyd olunub, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İƏT-in Bakı şəhərində Əmək Mərkəzinin yaradılması təklifi bir daha alqışlanaraq, bu sahədə Azərbaycanın apardığı səylərə dəstək ifadə olunub.
İƏT əmək nazirlərinin 2015-ci ilin 28-30 oktyabr tarixlərində Cakarta şəhərində keçirilmiş üçüncü konfransında isə Əmək Mərkəzinin Nizamnaməsinin layihəsi nəzərdən keçirilərək bəyənilib və təsdiq olunması üçün İƏT Xarici İşlər Nazirləri Şurasının 43-cü Sessiyasına təqdim olunmasına dair qərar qəbul edilib.
Nizamnaməyə əsasən, İƏT Əmək Mərkəzinin mənzil-qərargahı Bakı şəhərində yerləşəcək. Nizamnamə 10 üzv dövlət tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək. İƏT-in ixtisaslaşmış qurumu olacaq mərkəzin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, üzv dövlətlərin müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, üzv dövlətlərdə əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasını təşviq etməkdən ibarətdir.
Qeyd edilən mərkəzin Bakı şəhərində yerləşməsi Azərbaycan və İƏT arasında davamlı əsasda və hərtərəfli genişlənən əməkdaşlığın və təşkilat daxilində ölkəmizin nüfuzunun göstəricisi olmaqla yanaşı, əmək, məşğulluq və sosial müdafiə kimi sahələrdə Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərin İƏT tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.
İƏT Əmək Mərkəzinin yaradılması üzv dövlətlər arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın stimullaşdırılmasına və daha sistemli şəkildə təşkil olunmasına öz töhfəsini verəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda FACİƏ: 6 yaşlı uşaq poliklinikada öldü - VİDEO

26 Sentyabr 2017 02:28

Şimali Koreyanın Londondakı səfirliyi şübhəli əşya səbəbindən mühasirəyə alınıb

26 Sentyabr 2017 02:27

İraq Kürdüstanında müstəqilliklə bağlı referendum başa çatıb

26 Sentyabr 2017 02:12

AÇ-2017, 4-cü gün: NƏTİCƏLƏR və TƏQVİM

26 Sentyabr 2017 02:03

"Eurovision"un sonuncu qalibinə yeni ürək köçürüləcək

26 Sentyabr 2017 01:52

Dünyanın 10 ən yaxşı muzeyi -

26 Sentyabr 2017 01:50

Səbinə Əzimova Avropa çempionu oldu

26 Sentyabr 2017 01:43

Rusiyanın "VİM-Avia" şirkəti vəsait çatışmazlığından çarter reyslərini dayandırıb

26 Sentyabr 2017 01:32

"Ginnesin rekordu"na düşmək istəyən ər xəsətxanaya düşdü, arvad öldü

26 Sentyabr 2017 01:24

Gədəbəydə 25 yaşlı oğlan bıçaqlandı

26 Sentyabr 2017 01:19

Çili mediası: Çempionlar Liqasında şəhəri olmayan komanda...

26 Sentyabr 2017 01:18

Sabiq baş nazir Nəvaz Şərif Londondan Pakistana qayıdıb

26 Sentyabr 2017 01:05

İspaniya yığmasının sabiq futbolçusu Xabi Alonso məşqçi olacaq

26 Sentyabr 2017 01:02

Ailəni bitirən rekord həvəsi - Arvad öldü, ər isə...

26 Sentyabr 2017 00:53

Ekvadorda avtobus qəzası -

26 Sentyabr 2017 00:45

Çində "WhatsApp" messenceri bağlanıb

26 Sentyabr 2017 00:42

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub -

26 Sentyabr 2017 00:37

Türkiyədə mikroavtobus atəşə tutuldu: 3 ölü, 6 yaralı

26 Sentyabr 2017 00:33

"Qarabağ"la oyun öncəsi İtaliyada son məşq -

26 Sentyabr 2017 00:20

Cəlilabadda mağazaya ildırım düşdü

26 Sentyabr 2017 00:18

Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək

26 Sentyabr 2017 00:12

Astroloji proqnoz - 26 sentyabr

26 Sentyabr 2017 00:08

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

26 Sentyabr 2017 00:02

Türkiyədə bir həftə ərzində 40 terrorçu zərərsizləşdirilib

26 Sentyabr 2017 00:02

ABŞ-dan kürd referendumu ilə bağlı - BƏYANAT

25 Sentyabr 2017 23:58

Azərbaycan neftinin SON QİYMƏTİ -

25 Sentyabr 2017 23:55

Cəlilabadda körpə uşaq anası intihar edib

25 Sentyabr 2017 23:52

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi

25 Sentyabr 2017 23:48

Suriyada dinc insanlar yenidən hücuma məruz qaldı-

25 Sentyabr 2017 23:46

Avro-2017: Türkiyə millisi pley-offa vəsiqə qazandı

25 Sentyabr 2017 23:44

Cəlilabadda mağazanı ildırım vurub yandırdı

25 Sentyabr 2017 23:39

Güclü külək binanın damını uçurdu - Masallıda

25 Sentyabr 2017 23:34

Deputata səhvən 13 milyonluq ödəniş çeki verildi - FOTO

25 Sentyabr 2017 23:33

Şimali Koreyanı qorxu bürüdü -

25 Sentyabr 2017 23:28

Avropa çempionatı: 1/4 finalçılar və "play-off"a vəsiqələrin sahibləri müəyyənləşib

25 Sentyabr 2017 23:22

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb

25 Sentyabr 2017 23:17

Bali adasında həyəcan -

25 Sentyabr 2017 23:09

Yol polisi "07"-ni QOVUR - Film səhnələrini xatırladan GÖRÜNTÜLƏR - VİDEO

25 Sentyabr 2017 23:03

Məşhur müğənni jurnalistlərə hücum etdi

25 Sentyabr 2017 22:54

Düsseldorfda Maqomayevin yubileyi qeyd olundu

25 Sentyabr 2017 22:53

Tələbələrlə bağlı -

25 Sentyabr 2017 22:51

İraq parlamentindən Ərbilə qarşı növbəti qərar -

25 Sentyabr 2017 22:49

“Yuventus” ŞOKDA: Klub prezidenti futboldan uzaqlaşdırıldı

25 Sentyabr 2017 22:48

"Brent" markalı neftin qiyməti 59 dolları ötüb

25 Sentyabr 2017 22:42

Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu olub

25 Sentyabr 2017 22:37

Rusiya təyyarələri ABŞ-ın dəstəklədiyi qüvvələri bombaladı -

25 Sentyabr 2017 22:30

"Yuventus"un prezidenti bir il müddətinə futboldan kənarlaşdırılıb

25 Sentyabr 2017 22:22

Prezident İlham Əliyev yığma komandamızın oyununda - FOTOLAR

25 Sentyabr 2017 22:19

Kürdlərin referendumu başa çatdı

25 Sentyabr 2017 22:18

Dünyanın ən kök qadını həyatını itirdi -

25 Sentyabr 2017 22:11