Ermənilərin təqdim etdiyi qanun layihəsi qəbul edildi

Ermənilərin təqdim etdiyi qanun layihəsi qəbul edildi
10:13 26 Oktyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Kanada Federal Parlamenti İraqda yaşayan yezidi kürdlərin bu ölkəyə buraxılmasına icazə verən qanun layihəsini qəbul edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, yezidi kürdlərin Kanadaya buraxılmasına icazə verən qanun layihəsi parlamentə bu ölkənin ana müxalifət partiyasından olan və erməni əsilli deputatlar tərəfindən hazırlanaraq təqdim olunub. Layihə Kanada Federal Parlamentində səs qoyularaq qəbul olunub.

Yeni qəbul edilən qanunun tələblərinə əsasən, İraqda soyqırıma məruz qaldığı iddia edilən yezidi kürdlərin Kanada ərazisinə maneəsiz buraxılması və bu ölkədə yaşaması təmin olunacaq. Qərara əsasən, yezidi kürdlər 120 gün ərzində Kanadaya gətiriləcək.

Xatırladaq ki, İraqdakı yezidi kürdlərin soyqırıma məruz qalması məsələsini Kanada parlamentində ilk dəfə xarici işlər naziri Stefan Dion qaldırıb.

Onu da bildirək ki, dünyada ən çox yezidi kürdlər İraqda yaşayır. Hazırda İraqda 650 minə yaxın yezidi kürdün olduğu deyilir. Yezidi kürdlərin ən çox yaşadığı ölkələrdən biri isə Ermənistandır. Bu ölkədə isə 36 minə yaxın yezidi kürdün yaşadığı bildirilir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR