Bakıda mənzildən asılmış meyit tapıldı

Bakıda mənzildən asılmış meyit tapıldı
10:17 26 Oktyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 41 yaşlı kişi özünü asıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

Hadisə oktyabrın 25-də səhər saat 10 radələrində rayonun Sulutəpə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Quliyev Nahid Qənimət oğlu Sulutəpə qəsəbəsi, Allahverdiyev küçəsində yaşadığı evdə özünü asaraq öldürüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR