Qırğız hökuməti istefaya göndərilib

Qırğız hökuməti istefaya göndərilib
10:17 26 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Qırğız Respublikasının hökuməti tam tərkibdə istefaya göndərilib.
"Report" Qırğız KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Almazbek Atambayev oktyabrın 26-da sərəncam imzalayıb.
Məlumata görə, hakim koalisiyanın dağılması hökumətin istefaya göndərilməsinə səbəb olub.
Qeyd edək ki, koalisiyaya Qırğız Sosial-Demokrat, Qırğızıstan, "Onuquu-Proqres" və "Ata Meken" partiyaları daxil idi. Koalisiya 2012-ci il noyabrın 2-də yaranmışdı. İnformasiyaya görə, sosial demokratların koalisiya üzvləri ilə razılaşmayataq, ittifaqdan çıxması hökumətin dağımasına səbəb olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR