Sakit okeanda balıqçılarla dolu gəmi yanır

Sakit okeanda balıqçılarla dolu gəmi yanır
10:23 26 Oktyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Sakit okeanda sahildən 150 km məsafədə iki gəmi toqquşub.

RİA Novosti agentliyi məlumat verir ki, toqquşma nəticəsində gəmilərdə yanğın baş verib.

Hazırda yapon xilasediciləri toqquşmadan sonra alışan "Chin Chun" balıqçı gəmisinə doğru istiqamət alıblar. "Chin Chun" göyərtəsində 52 nəfərin olduğu bildirilir, xəsarət alanlar barədə məlumat verilmir.

Toqquşmaya məruz qalan digər gəmi haqqında isə məlumat hələ ki yoxdur. (trend)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR