Azərbaycanda qanunsuz ovla məşğul olan xarici vətəndaşlar saxlanılıb

Azərbaycanda qanunsuz ovla məşğul olan xarici vətəndaşlar saxlanılıb
10:24 26 Oktyabr 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən 2016-cı ilin 10 ayı ərzində “Ovçuluq haqqında” və “Heyvanat aləminin mühafizəsi haqqında” qanunların tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısını almaq məqsədilə reydlər keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reydlər zamanı qanunsuz ovla məşğul olan 137 yerli vətəndaş saxlanılıb, onlardan 119 ov tüfəngi, 415 patron, 17 baş qanunsuz ovlanmış quş götürülüb. Eyni zamanda Beyləqan, İmişli, Hacıqabul, Biləsuvar, Xızı, Xaçmaz və Quba inzibati rayonlarının ərazisində və “Ağgöl” Milli Parkında qadağan olunmuş alətlərlə (tələ, cələ, ilgək) qanunsuz ov edən 16 əcnəbi (Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Pakistan, İraq və Suriya) vətəndaş saxlanılıb və onlardan ov məqsədilə istifadə etdikləri quşlar götürülərək təbiətə buraxılıb.

 

İnzibati xəta törətmiş qanun pozucuları barəsində protokol tərtib olunaraq, ümumilikdə 144 nəfər inzibati qaydada 162600 manat məbləğində cərimə edilib. Sənəd təqdim etməyən 9 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti Rayon Polis Şöbələrinə müraciət olunub.

 

Qanunsuz ov edən xarici vətəndaşların ölkə ərazisindən çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.

 

Hazırda ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257666

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR