Qırğız hökuməti istefaya göndərildi

Qırğız hökuməti istefaya göndərildi
10:32 26 Oktyabr 2016
18 Dünya
Ölkə mətbuatı
A- A+

Qırğız Respublikasının hökuməti tam tərkibdə istefaya göndərilib.

Milli.Az report-a istinadən bildirir ki, bu haqda ölkə prezidenti Almazbek Atambayev oktyabrın 26-da sərəncam imzalayıb.
Məlumata görə, hakim koalisiyanın dağılması hökumətin istefaya göndərilməsinə səbəb olub.
Qeyd edək ki, koalisiyaya Qırğız Sosial-Demokrat, Qırğızıstan, "Onuquu-Proqres" və "Ata Meken" partiyaları daxil idi. Koalisiya 2012-ci il noyabrın 2-də yaranmışdı. İnformasiyaya görə, sosial demokratların koalisiya üzvləri ilə razılaşmayaraq, ittifaqdan çıxması hökumətin dağımasına səbəb olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR