Goran çayı daşdı: evlərə ciddi ziyan dəydi - FOTO/VİDEO

Goran çayı daşdı: evlərə ciddi ziyan dəydi - FOTO/VİDEO
10:38 26 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Yağış Goranboy rayonunda evlərə ziyan vurub.

Güclü yağışlar Goranboy rayonunda fəsadlara yol açıb. Qaraçay və Goran çayının məcrasından çıxması daşqına səbəb olub. Nəticədə ona yaxın yaşayış məntəqəsini su basıb.

Evlərin həyətyanı sahələri ilə yanaşı, kənd təsərrüfatına da ziyan dəyib, ev quşları tələf olub. Fəsadların aradan qaldırılması üçün əraziyə texnikalar cəlb edilib. Adıçəkilən çaylardakı sel suları nəzarət altına alınıb.

Rayon Fövqaladə Hallar Komissiyası sel sularından zərər görən yaşayış məntəqələrinə dəyən ziyanın miqyasını araşdırır. (ARB TV)






Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/173560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR