Türkiyəli gənc Bakıda xeyriyyəçilik etmək istədi, amma...

Türkiyəli gənc Bakıda xeyriyyəçilik etmək istədi, amma...
10:42 26 Oktyabr 2016
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda gənc oğlan şəxsi avtomobilini ehtiyacı olan şəxslərə bağışlamaq qərarına gəlib.

Milli.Az-ın məlumatına görə, "Новости-Азербайджан" xəbər verir ki, gəncin adı Semih Cankayadır. O, Türkiyə vətəndaşıdır və Bakıda ali təhsil alıb.

"O bizim evimizdə kirayə yaşayıb və Bakıda universitetlərin birində oxuyub. Təhsilini bitirdikdən sonra Semih vətəninə, valideynlərinin yanına qayıtmağa hazırlaşırdı. Onun burada "Kia Serato" markalı avtomobili vardı. Düzdür, bir az vurulub əzilmişdi, amma saz vəziyyətdə idi. Semih dedi ki, pula ehtiyacı yoxdur və onu burada yaşayışı üçün qazancına kömək edə biləcək birinə bağışlamaq istəyir. Lakin hamı oğlanı tənqid etməyə başladı ki, guya o, dəli olub. Bundan sonra o, fikrindən daşındı və avtomobilini saytlar vasitəsi ilə satdı", - deyə Cankayanın tanışı bildirib.

Yusif Nəsirli

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR