Azərbaycanda havanın temperaturu iqlim normasından 2-3 dərəcə aşağıdır

Azərbaycanda havanın temperaturu iqlim normasından 2-3 dərəcə aşağıdır
10:42 26 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu günlərdə Azərbaycanda havanın temperaturu iqlim normasından 2-3 dərəcə aşağıdır.

Milli.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, əvvəldən də xəbər verildiyi kimi, Azərbaycanda bir neçə gündür qeyri-sabit və yağıntılı hava şəraiti davam edir. Yağışlar bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlara sulu qar və qar yağıb. Ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraiti oktyabrın 27-dək davam edəcək. Artıq sabahdan əksər bölgələrdən başlayaraq yağıntılar tədricən kəsiləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR