""SOCAR"da işə düzələrkən tanış, dost, dayı keçmir"

""SOCAR"da işə düzələrkən tanış, dost, dayı keçmir"
10:42 26 Oktyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov keçmiş futbolçu Maşallah Əhmədovun SOCAR-da işə düzəltmək adı ilə tanışından 20 min dollar pul almasına münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, X. Məmmədov statusunda qeyd edib ki, tanınmış futbolçu özünün cəmiyyətdəki etibarından istifadə edərək dələduzluq edib və başqasının 200 min manatdan çox pulunu mənimsəyib:

"Bəlkə də bu mənim diqqətimi o qədər də cəlb etməzdi, çünki belə dələduzluq faktlarına mətbuatda vaxtaşarı rast gəlmək olur. Burada mənim diqqətimi SOCAR-a işə adam düzəltmək bəhanəsi ilə özgəsinin 20 min manat pulunu da alıb, qocaman, hamının sevimlisi, futbol azarkeşi, heç kimə yox deməyi bacarmayan korifeyimiz, akademikimizin yanına da aparıb və zərərçəkənin sənədlərini ona təqdim edib.

Tutaq ki, alınsaydı və o adam işə götürülsəydi. Əslində mümkün olsaydı, o kişiyə heç kim imtina etməzdi. Bu indi qəti mümkün olmadığından, sistemin buna imkan vermədiyindən alınmamışdır. Nə olardı? Sevimli, təmiz, nümunəvi ağsaqqal bir insanın adına, nüfuzuna nə qədər kölgə salardı bu futbolçunun hərəkəti? Yazıqlar olsun. Allah qapısını açsın... amma... neyləmək olar?

Deyirik, yazırıq, dəfələrlə İnsan Resurslarının Departamentinin rəhbərliyinin bəyanatları olub. SOCAR-a işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Əsas meyar bilikdir, səriştədir, bacarıqdır. Tanış, dost, dayı keçmir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR