Bu videonu çəkdi və intihar etdi - VİDEO - FOTO

Bu videonu çəkdi və intihar etdi - VİDEO - FOTO
17:27 5 Yanvar 2015
141 Dünya
Ölkə mətbuatı
A- A+

"Ana, mənim evdəki itimə çox yaxşı baxacağını bilirəm"
Türkiyədə 24 yaşlı şəxs intihar edib.

Anspress-in məlumatına görə, Boğaziçi körpüsünə çıxan gənc polisin təkidinə baxmayaraq özünü dənizə atıb. Gecə 03.30-da intihara cəhd edən Mehtap Zəngin adlı şəxsi xilas etmək mümkün olmayıb.

Sahil Təhlükəsizlik və Dəniz Polisi tərəfindən qısa müddətdə şəxsin cəsədi tapılıb. Üzərindən şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmadığı üçün gəncin ailəsinə xəbər verilməyib.

Mehtap Zəngin ölümündən öncə intihar səbəblərini söyləyib: "Bir çoxları mənim dostum deyilmiş. Hər kəsi vicdanı ilə baş-başa buraxıram. Mən artıq bəzi şeyləri öyrəndim. Hər kəsin istədiyi şeyi edirəm. 24 yaşımda həyatımı sona çatdırıram. Sabah qəzetlərin 3-cü, 4-cü və ya 1-ci səhifələrində mənim adımı eşidəcəksiniz. Hamınızı öpürəm, Allaha əmanət olun".

Anasından, kiçik itinə sahib çıxmasını da istəyən Zəngin sözlərinə belə davam edib: "Tək istəyim var. O da itimlə bağlıdır. Ana, mənim evdəki itimi götür. Ona çox yaxşı baxacağını bilirəm. Ana, onu sənə əmanət edirəm. O nəcisini evə etmir. Ona hirslənmə" , - deyə transvistit gənc yazıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəkilə klikləyin.

фото

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR