18 il sonra Rusiyada tutuldu - Səfirlikdən saxta pasport alıbmış

18 il sonra Rusiyada tutuldu -  Səfirlikdən saxta pasport alıbmış
10:49 26 Oktyabr 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

 

1998-ci ildə hərbi xidmətdən yayınaraq Rusiyaya qaçmış Azərbaycan vətəndaşı həbs edilib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə Çeropovets şəhərində baş verib.

 

Əslində azərbaycanlı Çeropovetsdə başqa əməlinə görə -  qəsdən başqasının əmlakına ziyan vurduğu üçün məhkəməyə çıxarılıb. Amma məhkəmə zamanı məlum olub ki, o, 18 ildir beynəlxalq axtarışdadır.

 

İlkin araşdırmadan sonra o da məlum olub ki, 2000-ci ildə o, hansısa yolla Azərbaycanın Rusiyadakı səfirliyindən başqa adamın adına pasport da əldə edib.

 

Hazırda onun bu və digər əməlləri də araşdırılır.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR