İspaniyada imamları həbs etdilər - FOTO

İspaniyada imamları həbs etdilər - FOTO
10:52 26 Oktyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniya polisi dünən İbiza adasında İŞİD-i dəstəkləyən iki imamı həbs edib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, İspaniyanın Daxili İşlər Nazirliyinin açıqladığı bəyanatda mərakeşli imamların Sant Antoni de Portmani şəhərinin məscidində həbs edildikləri bildirilir.

"Onlar sosial şəbəkələrdə dəfələrlə İŞİD-in addımlarını və sələfi-cihadçı ideologiyasını dəstəklədiklərini bildiriblər", - bəyanatda deyilir.

Rəsmilər həbs edilən imamların adlarını açıqlamayıb, yalnız onların 31 və 35 yaşları olduğunu bildiriblər.

İspaniyanın Daxili İşlər Nazirliyinin açıqladığı bəyanatında onların son bir neçə il ərzində İslam Dövləti qrupuna dəstəyi gücləndirdiyi və onların məscidə gələn gəncləri təsir altına salması ilə bağlı xüsusi narahatlığın mövcud olduğu deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR