RYTN-in sabiq yüksək vəzifəli əməkdaşları 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar

RYTN-in sabiq yüksək vəzifəli əməkdaşları 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar
10:52 26 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu məmimsəməkdə ittiham olunurlar.
“Report”un əldə etdiyi məlumata görə, ittiham aktına əsasən, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev 567 min, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov 7 milyon 700 min, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov 250 min, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov 600 min, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 2 milyon, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov 1,5 milyon və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev 204 min, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov 8 milyon, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 10 milyon, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.
İttiham aktına qeyd edilib ki, V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmənin hazırlıq iclası noyabrın 8-nə təyin edilib. İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şəri cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Əfqanıstanda taliblərin hücumu zamanı 5 polis öldürüldü

24 Sentyabr 2017 08:53

KXDR-də ABŞ əleyhinə mitinq keçirilib

24 Sentyabr 2017 08:47

Neymarın PSJ-dəki qazancının məbləği məlum oldu

24 Sentyabr 2017 08:38

Bakıda restoranda ölüm hadisəsi baş verib

24 Sentyabr 2017 08:22

Xızıda bir gündə 616 partlamamış sursat aşkarlandı

24 Sentyabr 2017 08:18

İstanbul derbisində üç qol, beş "qırmızı"

24 Sentyabr 2017 08:14

Ərdoğan-Tramp görüşündə "S-400" məsələsinə toxunulmayıb

24 Sentyabr 2017 08:09

Tramp KXDR-in XİN rəhbərinin BMT-dəki çıxışını şərh edib

24 Sentyabr 2017 08:02

İstanbulda dramatik gecə: 2 penalti, 5 qırmızı vərəqə, 3 qol - VİDEO

24 Sentyabr 2017 07:48

KXDR XİN rəhbəri: "Tramp ruhi xəstədir"

24 Sentyabr 2017 07:34

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçiriləcək

24 Sentyabr 2017 07:12

Meksikanın Oahaka ştatında fövqəladə vəziyyət elan edilib

24 Sentyabr 2017 06:52

Nazir Trampı psixi xəstə adlandırdı

24 Sentyabr 2017 06:43

Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə əlaqədar bəyanat yaydı

24 Sentyabr 2017 06:38

Yerevanda baş vermiş atışmada iştirak edənlərdən biri həbs edilib

24 Sentyabr 2017 06:17

Zəlzələ Meksikada 305 can aldı

24 Sentyabr 2017 06:09

Tramp İranı ittiham etdi

24 Sentyabr 2017 05:59

Əfqanıstanda taliblərin hücumu zamanı 5 polis öldürülüb

24 Sentyabr 2017 05:42

Lütfi Zadənin nəşinin gətiriləcək gün bəlli oldu

24 Sentyabr 2017 05:14

Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat tapıldı

24 Sentyabr 2017 05:04

13 yaşlı lənkəranlı atlet Avropa birinciliyində bürünc qazandı

24 Sentyabr 2017 04:58

Lütfi Zadənin nəşi sentyabrın 26-da Los-Ancelesdən Bakıya yola salınacaq

24 Sentyabr 2017 04:57

Helikopterimiz meşə yanğınını söndürməyə çalışacaq

24 Sentyabr 2017 04:54

Neymarın "PSJ"dəki əmək haqqı məlum olub

24 Sentyabr 2017 04:37

Şəkidə “Avropa şəhərciyi” - FOTOLAR

24 Sentyabr 2017 03:53

Şimali Koreyanın xarici işlər naziri Trampı psixi xəstə adlandırıb

24 Sentyabr 2017 03:47

Filippində 5,7 bal gücündə zəlzələ olub

24 Sentyabr 2017 03:17

Azərbaycan Fransada "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur

24 Sentyabr 2017 03:07

Məşhur boksçu 26 milyon dollara malikanə aldı - FOTOLAR

24 Sentyabr 2017 02:58

3 uşaq anası olan Beyons yenə heyran etdi

24 Sentyabr 2017 02:49

Puerto-Rikoda 10 nəfər "Mariya" qasırğasının qurbanı olub

24 Sentyabr 2017 02:27

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər... - FOTOLAR

24 Sentyabr 2017 02:03

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46