Millimizin sabiq baş məşqçisinin ölümünə görə matəm elan olundu

Millimizin sabiq baş məşqçisinin ölümünə görə matəm elan olundu
10:57 26 Oktyabr 2016
14 İdman
Ölkə mətbuatı
A- A+

Millimiz keçmiş baş məşqçisi Karlos Alberto Torresin vəfatı ilə əlaqədar Braziliya futbolunda 3 günlük matəm elan olunub.

Fanat.Az xəbər verir ki, yas mərasimi Braziliya Futbol Konfederasiyasının (CBF) inzibati binasında keçiriləcək. CBF-nin qarşısındakı bayraqlar endiriləcək, qurumun keçirdiyi bütün yarışlar 1 dəqiqəlik sükutla başlanacaq.

Qeyd edək ki, K.A. Torres dünən 72 yaşında infraktdan vəfat edib.

K.A.Torres Braziliya millisi ilə 53 oyuna çıxıb. Onun kapitanı olduğu yığma 1970-ci ildə dünya çempionatının qalibi olub.

O, 2004-2005-ci illərdə millimizdə baş məşqçilik edib.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-sabiq-ba-mqcisinin-olumun-gor-matm-elan-olundu-t53645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR