ABŞ İŞİD-in "paytaxtı"na hücuma hazırlaşır

ABŞ İŞİD-in "paytaxtı"na hücuma hazırlaşır
11:05 26 Oktyabr 2016
56 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın Rəqqa şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat hazırlığına başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Parisdə ABŞ-ın müdafiə naziri Eşton Karter deyib.

"Biz tərəfdaşlarımızla Rəqqanın təcrid edilməsi üzrə əməliyyat üçün zəmin yaratmağa başlamışıq", - deyə Karter koalisiya ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra mətbuat konfransında qeyd edib.

Fransa MN rəhbəri Jan İv Le Drian Rəqqada İŞİD-ə qarşı əməliyyatın mümkün vaxtı və şərtləri barədə danışmağın hələ tez olduğunu bildirib: "Hər şey əvvəlcədən hazırlanmış plan üzrə gedir", - deyə o qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR